Yanğınların ardı-arası kəsilmir

Yanğınların ardı-arası kəsilmir

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan üçotaqlı evin bir otağında 10 kv.m sahəyə yığılmış yataq dəsti və geyim əşyaları yanıb. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan vaqon tipli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə