Yevlax rayon Polis Şöbəsinin əməkdaşları 1996-cı ildə anadan olan və hazırda Aran Mehmanxanasında məskunlaşan Kəlbəcər rayon sakini Babaxanov İlham Şahin oğlunu Cinayət Məcəlləsinin 181.2.5 "Quldurluq" hərəkəti törətmək maddəsi ilə həbs edib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, adıçəkilən şəxs Yevlax sakini olan yeniyetmə qardaşları bıçaqla hədələyərək onların 2 ədəd mobil telefonunu əllərindən alıb. Saxlanılan şəxs İlham Babaxanov törətdiyi cinayət əməlini etiraf edib.
Onu da qeyd edək ki, İlham Babaxanov əvvəllər də Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə məhkum olunub. Faktla bağlı cinayət işi açılıb və onun digər cinayətlərdə iştirak edib-etmədiyini müəyyənləşdirmək istiqamətində araşdırmalar aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB