Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ağdam rayonu Mərzili kənd sakini, 32 yaşlı Ramil Namazovun idarə etdiyi minik avtomobili ilə Bakı şəhər sakini Elsəvər Hüseynovun idarə etdiyi "Ford Tranzit" markalı yük maşını toqquşub.
Nəticədə minik maşının sürücüsü, onun avtomobildə olan qardaşı 28 yaşlı Seymur Namazov və digər sərnişin Əhmədov Nail Şəmsəddin oğlu ağır bədən xəsarətləri alıblar. Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılsalar da, Ramil və Seymur Namazov qardaşlarını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB