3 otaqlı evdə yanğın olub

Bü gün paytaxtda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli üçotaqlı evdə 1 otağın yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə, dəhlizin tavanı 10 kv.m sahədə yanıb. Həmçinin, mətbəxin lambirdən ibarət tavanı 16 kv.m sahədə yüksək temperaturdan əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə