Öldürən yanğın

Şəmkir rayonunun Seyfəli kəndində dəhşətli yanğın baş verib. Şəmkir Rayon Yanğından Mühafizə Şöbəsi və Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, yanğın inşaat-tikinti şirkətinin fəhlələrinin yaşadığı yataqxanada baş verib. Yanğının daha geniş miqyas almaması üçün dərhal yanğınsöndürənlər işə keçib. Hadisə nəticəsindən 300 km ərazi yanıb, 2 türk vətəndaşı Engin Yaşar və Alladin Özden həyatını itirib. 3 nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə