"Binə” Ticarət Mərkəzi yanır

Bu gün səhər saat 07.30 radələrində "Binə" Ticarət Mərkəzində yanğın başlayıb. Baş verən yanğın haqqında SİA-ya bazar işçiləri məlumat verib. Məlumata görə, yanğın qısaqapanma nəticəsində meydana gəlib. Əraziyə çoxlu sayda yanğınsöndürən və təcilli tibbi yardım maşını cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə