Amerikalı qadın övladlığa götürdüyü 8 yaşlı qızlarını qəfəsə saldıqdan sonra sevgilisi ilə birgə kinoya baxmağa gedib. Həmin filmin nümayişi isə onların öz uşaqlarının məktəbində təşkil olunub.
Nyu Mexiko əyalətində yaşayan Sindi Patriarkias ilə Edmond Qonzales valideynlik vəzifələrini yerinə yetirmədikləri üçün həbs olunublar. Sindi və Edmond fiziki qüsurlu qızlarını hündürlüyü 1,5 metr, eni isə 60 santimetr olan taxta qəfəsə salıblar. Sindinin boşandığı ərinin mənzilə gəlməsi cinayətin üzə çıxmasına səbəb olub. Sindi uşaq istismarı, Qonzales isə uşaq istismarına kömək etməkdə günahlandırılır.
8 yaşlı qız və cütlüyün digər 3 uşağı ailədən alınaraq dövlət himayəsinə verilib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB