Sabirabadda "KaMAZ" kanala aşdı

Sabirabadda növbəti yük maşını ərzaqla dolu kanala aşdı. SİA-nın Aran bürosunun məlumatına görə Hacıqabul-bəhrəmtəpə yolunun 23 km də Sabirabadın Nizamikənd kəndi ərazisində "KaMAZ" markalı 45 BD 206 dövlət nömrə nişanlı yük maşını içərisində ərzaqla dolu hərəkət edən zaman dönmək istəyərkən idarəetməni itirib və aşıb.

Yaxınlıqda olan sakinlərin dediyinə görə, sürücü xəsarət almayıb. Yük maşınına isə ciddi ziyan dəyib.

Onu da qeyd edək ki, maşında olan ərzaq insanların köməyi ilə çıxarılıb. Hadisə yerində yol patrul xidmətinin əməkdaşları olmadığından sürücünün şəxsiyyətin müəyyən edə bilmədik.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə