Qaziantepdə partlayış: 8 nəfər ölüb

Qaziantepdə partlayış: 8 nəfər ölüb

Qaziantepdə qalvaniz zavodunda partlayış olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara görə, 4-cü Sənaye Bölgəsindəki bir fabrikdə səbəbi məlum olmayan partlayış baş verib və nəticədə 8 nəfər dünyasını dəyişib.

Hadisə zamanı yaralananlar da olub. Yaralıların Qaziantepdəki xəstəxanalara yerləşdirildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə