Qardaşları qanına qəltan edən şəxs tutulub

Qardaşları qanına qəltan edən şəxs tutulub

Bakının Nəriamnov rayonunda qanlı hadisə törədən şəxsi polis tutub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Vüqar Orucovu bıçaqla öldürən, qardaşı Bəxtiyara isə xəsarət yetirən Emin Səfərov tutulub. Münasib Xəlilov adlı şəxsin isə qanlı hadisədə əli olduğu müəyyənləşib.

Xatırladaq ki, yanvarın 28-də dəmir satışı ilə məşğul olan Bəxtiyar və Vüqar Orucov qardaşları satdıqları malın pulunu götürməyə gəliblər. Onlar saunanın qarşısında dayanaraq mübahisə edən zaman qətli törədən şəxs onlara eyvanının altında dayanmalarını irad tutub. Sonra həmin şəxs qardaşların üstünə gəlib və onlar arasında mübahisə böyüyüb. Həmin şəxs gedib, bir neçə nəfərlə qardaşların üstünə gəlib. Bıçaqla hər iki qardaşa zərbələr endirib.

Onu da əlavə edək ki, Vüqar və Bəxtiyarın daha bir qardaşları var. Onların kiçik qardaşı bir neçə gün əvvəl həddindən artıq narkotik qəbul etdiyinə görə ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə