Nazirliyin maşını ilə yük maşını toqquşub

Nazirliyin maşını ilə yük maşını toqquşub

Yevlax-Bərdə magistral avtomobil yolunda yol qəzası baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə. rayonun Həsnəqay kəndi yaxınlığında baş verən qəzada iki minik maşını toqquşub. Nəqliyyat Nazirliyinin xidməti maşını ilə yük maşının toqquşması nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar yaxınlıqda olan insanların köməyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Travmatologiya şöbəsində olan hər iki yaralının vəziyyəti kafidir.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə