Qısqanclıqdan qadının başını kəsdi

Qısqanclıqdan qadının başını kəsdi

Gəncə şəhərində qətl hadisəsi baş verib. Şəhər sakini, 1990-cı il təvəllüdlü Ramin Əli oğlu Babayev arvadı 1989-cu il təvəllüdlü Təhminə Elxan qızı Mayılovanı başından vurub. Gəncə şəhər Polis İdarəsindən SİA-nın bölgə müxbirinə veriləşn məlumata görə, qadının həyatını xilas etmək mümkün olmayıb. Qadını vuran şəxs özü polisə təslim olub. Hadisə qısqanclıq zəminində baş verib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə