“Mazda” və "Toyota” yanıb

Şəmkir rayonu, Kür qəsəbəsində vətəndaşa məxsus "Mazda" markalı minik avtomobilinin salon hissəsi yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Həmçinin Neftçala şəhərində vətəndaşa məxsus "Toyota" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə