Gəncə yataqxanasında yanğın

Gəncə şəhərində yanğın hadisəsi baş verib. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Kəpəz rayonunda beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 27 kv.m olan 1 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə