Filippində güclü zəlzələ olub

Filippində güclü zəlzələ olub

Filippində 5 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbər görə, yeraltı təkanların episentri Pondaquintan şəhərindən 136 km cənub-şərqdə olub. ABŞ-ın Geoloji İnstutundan verilən açıqlamaya görə, təkanlar 119,7 kilometr dərinlikdə olub.

Dağıntılar və insan tələfatı haqqında məlumat verilmir. Zəlzələdən sonra sunami təhlükəsi elan olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə