Bakı - Qazax magistralının 314-cü kilometrliyində, Goran qəsəbəsi ərazisində qeydə alınan zəncirvari qəza tükürpədici mənzərə yaradıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Goranboy sakini 29 yaşlı Rəşad Həsənovun idarə etdiyi "VAZ 2107" markalı avtomaşın Bakı istiqamətində hərəkətdə olan "Kamaz" markalı qoşqulu yük avtomobilinin altına girib.
Dəhşətli qəzada ölən sürücü Rəşad Həsənov və sərnişin Mübariz Tağıyevin meyiti parçalanıb. Qeyd edək ki, meyitləri avtomobildən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxarıblar.
Həmin avtomobildə xəsarət alan digər sərnişin Fariz Abbasov isə Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Şahidlərin sözlərinə görə, "VAZ -2107" də olanlar qəzadan az əvvəl yaxınlıqdakı kafedə yeyib-içiblər və sərxoş olublar. Hadisə zamanı üçüncü avtomobil, Quba sakini 23 yaşlı Şaiq Süleymanovun idarə etdiyi "Mersedes"də qəza törədən avtomobillərə çırpılıb. Bu qəza nəticəsində isə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, hadisə ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanıb araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB