Yanacaq daşıyan yük maşını partlayıb

Yanacaq daşıyan yük maşını partlayıb

Bakının Səbail rayonu ərazisində Bibiheybət məscidindən "Sədərək" Ticarət Mərkəzinə gedən yolda yanacaq daşıyan yük maşını partlayıb. SİA-nın məlumatına görə, güclü partlayışdan sonra dəhşətli yanğın baş verib. Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşını cəlb olunub. Bura həmçinin təcili tibbi yardım maşınları cəlb olunub.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olması barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə