Valideyn onları oxumağa göndərir

Valideyn onları oxumağa göndərir

Yanvarın 24-ü saat 11:50 radələrində, Bakıxanov qəsəbəsi Məktəbli küçəsində yerləşən 12 saylı litseydə ağılasığmaz hadisə baş verib. SİA-nın verdiyi məlumata görə, eyni litseydə oxuyan Bakı şəhər sakini Ramin Novruzov Ramil Məmmədovu döyərək ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib. Hadisədən sonra R.Məmmədov 3 saylı ŞKX-yə yerləşdirilib.

Qeyd edək ki, R.Novruzovun tutulması üçün Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə