Azərbaycanda ömürlük həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirləndirilən Miryusif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Tamella Nəsrullayevanın sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən, M.Əliyev ömürlük olaraq azadlıqdan məhrum edilib. Məlum olub ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonunda Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5, 120.2.11 (qəsdən adam öldürmə), 182.3.2 (quldurluq), 217.2 (banditizm) və 228.2.2-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə təqsirləndirilən, 2003-cü ildən axtarışda olan, 1969-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş, Bakı şəhərində qeydiyyatda olan Əliyev Miryusif Mirislam oğlu tutularaq, Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib.

Məlumata görə, M. Əliyev 13 yanvar 2003-cü il tarixdə Novruzov Rəşad Muğan oğlu və Nəsirov Ümid Kamal oğlu ilə cinayət əlaqəsinə girərək tanınmış iş adamı Məmmədov Knyaz Abbas oğlunu Nərimanov rayonu ərazisində oğurlayıb. M.Əliyev iş adamını ailəsindən onu geri qaytarmaq müqabilində 150 min dollar alıb. Pulu aldıqdan sonra isə iş adamını qətlə yetirib. R.Novruzov və Ü.Nəsirov 2003-cü ildə yaxalanıb. M. Əliyevin barəsində isə 13.03.2003-cü ildən axtarış elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə