Şirvanda 87 yaşlı qadının başına daş düşüb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Şirvan şəhəri H.Əliyev küçəsi 1 B mənzil 64 ünvanında yaşayan, 1926-cı il təvəllüdlü Tağıyeva Balaxanım Murtuz qızı bankomatdan təqaüdünü almağa gedib. Şahidlərin dediyinə görə, bankomatın qarşısında növbə olduğu üçün Balaxanım Tağıyeva Məişət Evinə məxsus şirniyyat sexinin piləkənində yorulduğu üçün oturub. Bu zaman Məişət Evinin divarından yuxarı hissədən qopan üzlük daş onun başına düşüb. Nəticədə B.Tağıyeva ağır kəllə-beyin travması diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Həkimlərin bildirdiyinə görə xəstə hal-hazırda komatoz vəziyyətdədir və durumu ağır qiymətləndirilir.
Qeyd edək ki, adı Balaxanım Tağıyeva Böyük Vətən Müharibəsi iştirakçısı olub və uzun müddət yerli ədliyyə orqanlarında nigah evində rəhbər vəzifələrdə çalışıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB