Şəmkirdə güclü yanğın olub

Şəmkir rayonun Zəyəm qəsəbəsində mənzillərin birində yanğın hadisəsi baş verib. Rayon Yanğından Mühafizə İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Gülzalə Fəxrəddin qızı İbrahimovaya məxsus 54 kvm evin 34 kv-i tamamilə yanıb. İlkin səbəb kimi ehtiyatçızlıq göstərilib. Xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma apırılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə