Nizami Rayon Polis İdarəsində yanğın olub

Nizami Rayon Polis İdarəsində yanğın olub

Gəncədə polis idarəsinə məxsus binada yanğın olub. SİA-nın Gəncə bürosunun Şəhər Baş Polis İdarəsinə istinadən verdiyi məlumata görə, hadisə bu gün baş verib. Nizami Rayon Polis İdarəsinin inzibati binasında baş verən yanğın zamanı xəsarət alan olmayıb. Yanğın baş verən bina təmir edilirmiş.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə