Həmyerlisini bıçaqladı

Gənclər arasında mübahisə sonda qan tökdü. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Mingəçevirdə naməlum şəxs həmyerlisinə bıçaq xəsarətləri yetirib. Bədənin müxtəlif yerlərindən bıçaq xəsarəti alan şəhər sakini İlham Məhərrəmov yaxında olan insanların köməyilə xəstəxanaya yerləşdirilib. Hazırda yaralının vəziyyəti orta ağırdır.

Qeyd edək ki, rayon Polis Şöbəsi hadisəni törədən şəxsin tutulması üçün əməliyyat axtarış tədbirləri həyata keçirir.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə