Şəmkirdə güclü yanğın olub

Şəmkir rayonunun Zəyəm qəsəbəsində mənzillərin birində yanğın hadisəsi baş verib. Rayon Yanğından Mühafizə İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Gülzalə Fəxrəddin qızı İbrahimovaya məxsus 54 kv/m evin 34 kv tamamilə yanıb. İlkin səbəb kimi ehtiyyatsızlıq göstərilib, xəsarət alan yoxdur.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə