Nizami rayon Polis Şöbəsi yandı

Gəncə şəhər Nizami rayon Polis Şöbəsində yanğın baş verib
Nizami rayon Polis Şöbəsi yandı

Gəncə şəhər Nizami rayon Polis Şöbəsinin binasında fəaliyyət göstərən Daxili İşlər Naziriliyinə məxsus şöbədə yanğın baş verib. Gəncə şəhər Yağından Mühafizə İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə hadisə nəticəsində xəsarət alan yoxdur. Yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib. Alovun nədən baş verməsinin səbəbləri araşdırılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə