Qoyun sürüsü minaya düşdü

Tərtərin cəbhə xəttindəki Həsənqaya kəndində ermənilər sakinlərə məxsus mal-qaranı gülləbaran edib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, nəticədə sakinlərə məxsus 30 başa qədər xırdabuynuzlu mal-qara tələf olub. Belə ki, Həsənqaya kəndinin sakinlərinə məxsus sürü təmas xəttinə yaxınlaşıb. Bu zaman Ermənistan ordusunun əsgərləri sürünü və çobanı atəşə tutub. Atışma nəticəsində xeyli sayda heyvan tələf olub.

Şahidlərin sözlərinə görə, heyvanların bir hissəsi isə atışmanın səsindən ürkərək minalanmış əraziyə girib və minaların partlaması nəticəsində sürünün bir hissəsi də burada tələf olub.

Qalan heyvanları isə Azərbaycan ordusunun əsgərlərinin köməyi ilə təmas xəttindən uzaqlaşdırmaq mümkün olub.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə