Dəhşətli yol qəzası

Yevlax rayonu, Aran qəsəbəsində Bakı-Qazax yolunun 304-cü kilometrliyində "Volkswagen" və "VAZ" markalı iki minik avtomobili toqquşub. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə, "VAZ" markalı avtomobilin sürücüsü və sərnişini hadisə yerində ölüb. 4 nəfər sərnişin, o cümlədən, 1 nəfər azyaşlı aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:15-də başa çatıb.

Qeyd edək ki, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə