Bu gün Şəmkir rayonunda yanğın hadisəsi baş verib. Dövlət Rayon Yanğından Mühafizə hissəsinin rəisi Sahil Rzayevin SİA-ya verdiyi məlumata görə, yanğın şəhərin 2 mənzilində baş verib. Şəmkir rayon sakini Aydın Piriyevə məxsus hərbi yaşayış evinin çardağı yanıb. Həmçinin, rayonun Zəyəm qəsəbə sakini Gülzalə İbrahimovaya məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Ümumi sahəsi 54 kv.m olan evin 34 kv.m olan hissəsi yanaraq külə dönüb. Hər iki yanğın hadisəsi yanğınsöndürənlər tərəfindən söndürülüb. Qeyd edək ki, yanğının başvermə səbəbləri məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB