Bu gün Şəkinin Turan qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. Hadisə saat 19:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəddi magistral yolunun 18 km-də baş verib. Kanal S-dən SİA-ya verilən məlumata görə, qəza zamanı Göyçay rayon Çaxırlı kənd sakini Nüsrəddinov Nazim Qarakişi oğlunun idarə etdiyi 09-BE-712 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobillə, Yevlax rayon Aşağı Bucaq kənd sakini Həsənov Pərvin Fazil oğlunun idarə etdiyi 10-BS-302 dövlət nömrə nişanlı "VAZ 21011" markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və "VAZ 21011"-də olan sərnişin Hacıyev Röyal Mənsur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar dərhal Şəki Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.
Qəzanın yüksək sürət və idarəetmənin itirilməsi səbəbindən baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB