Şəmkir rayonunda yanğın hadisəsi baş verib

Şəmkir rayonunda yanğın hadisəsi baş verib

Şəmkir rayonu rayonu ərazisində yanğın hadisəsi baş verib. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı Zəyəm qəsəbəsində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan birmərtəbəli üçotaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları 30 kv.m sahədə və evə bitişik köməkçi tikilinin yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə