Minik maşını yük maşını ilə toqquşdu

Minik maşını yük maşını ilə toqquşdu

Ötən axşam saat 21:25 radələrində Zaqatala rayonunun İkinci Tala kəndi ərazisində ölümlə nəticələnən yol qəza hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, qəzaya səbəb İtitala kənd sakini Məmmədov Rəşad Yaşar oğlunun idarə etdiyi 10 CC 460 dövlət nömrə nişanlı "VAZ 2109" markalı avtomobilin yük maşını ilə toqquşmasıdır. Nəticədə minik maşının sürücüsü Rəşad Məmmədov yerindəcə həlak olub.

Qeyd edək ki, faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma başlanıb, istintaq davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə