Ötən gün saat 20:02 radələrində Şəkinin Qoxmuq kəndi ərazisində yol qəza hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyii xəbərə görə, qəzaya səbəb Şəki sakini Bəkirov Muradın idarə etdiyi 10 MO 980 dövlət nömrə nişanlı avtomobilin Qoxmuq kənd sakini Bayramov Azad Hikmətoğlunun idarə etdiyi motosikletə arxadan vurması olub.
Belə ki, "VAZ 2106" markalı avtomobilin sürücüsü qarşıdan gələn digər bir avtomobilin saldığı işıq səbəbilə önündə hərəkət edən motosikleti görə bilməyib və arxadan vurub. Zərbədən dərhal sonra motosiklet idarə etməni itirib və yoldan çıxaraq aşıb. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB