Ağstafa şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan qarışıq mallar mağazasında bir ədəd "BK-1500" markalı kondisioner və mağazanın ətrafında quru ot 800 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, mağaza yanğından mühafizə olunub. Yanğın saat 17:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Həmçinin ötən gün Ağcabədi rayonunun Mehrablı kəndində vətəndaşa məxsus ümumi sahəsi 99 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 74 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB