Fövqəladə hallar naziri: “Sakinlərin problemləri ilə məşğul olmaq bizim borcumuzdu”

Fövqəladə hallar naziri: “Sakinlərin problemləri ilə məşğul olmaq bizim borcumuzdu”

Qış mövsümü ilə əlaqədar dəm qazından və qazla ehtiyatsız davranmadan ölüm halları artsa da, son iki həftədə bu tendensiya azalmağa doğru gedir. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əhalini təbii qazdan istifadə edərkən ehtiyatlı olmağa səsləyərkən belə deyib.

Nazirin sözlərinə görə, hamamda, evlərdə, mətbəxlərdə qazdan istifadəyə əhali özü nəzarət etməlidir. Fövqəladə Hallar Nazirliyinin, "Azəriqaz"ın, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən əhali arasında görüşlər keçirilir, televiziya kanallarında maarifləndirci proqramlar verilir. Əhali öz təhlükəsizliyini özü qorumalıdır. İnsanlar yanar qazı bayıra buraxmayan boruları olan sobalardan istifadə edirlər. Amma bilmirlər ki, bu təhlükədir, həmin qazlar zəhərləyici təsirə malikdir. Əhali evlərində olan elektrikdən, qaz sobalarından düzgün istifadə etməli, uşaqlarını, ailələrini təhlükəyə atmamalıdır. Heç bir qurumun nümayəndəsi gedib ailənin içində bu avadanlıqların istismar qaydasını göstərəsi geyil. Təlimatlar var, əməl olunmalıdır. Qaz sobaları satılarkən də üstündə istifadəyə dair təlimatlar verilir. Həmin təlimatlara da əməl olunmalıdır.

K.Heydərov zəlzələ baş verən ərazidə tikinti işləri barəsində də məlumat verib. Gürcüstanda baş verən zəlzələ nəticəsində Balakən ərazisinə daha çox ziyan dəyib.İlk zəlzələ nəticəsində Zaqatala və Qaxa daha çox ziyan dəymişdisə, Gürcüstanda baş verən zəlzələ Balakənə daha çox ziyan vurub. Balakən ərazisində komissiya işini başa çatdırıb. Yeni tikiləcək təxminən 1500-dək ev qış olduğuna görə may ayına qədər təhvil veriləcək. Biz zəlzələdən zərər çəkmiş sakinlərlə görüşürük, yerli icra hakimiyyəti ilə birgə onların qış aylarında hansı problemlərinin olması ilə maraqlanırıq. Onların problemləri ilə məşğul olmaq bizim borcumuzdu".

Bütün xəbərlər Facebook səhifəmizdə