Azərbaycanda keçirilmiş xüsusi əməliyyat nəticəsində 11 kriminal avtoritet saxlanılıb. SİA-nın DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 18-də əvvəllər məhkum olunan, özlərini kriminal avtoritet adlandıran bir qrup şəxsin Xətai rayonu ərazisindəki kafelərdən birində toplaşaraq aralarında nüfuz dairələrinin bölgüsünü aparmaları barədə Daxili İşlər Nazirliyinə əməliyyat məlumatı daxil olub.
Məlumat yoxlanılaraq təsdiqini tapıb. Bununla əlaqədar dərhal həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində 11 nəfər saxlanılıblar. Bu zaman onlar polisə müqavimət göstəriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb, araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB