Sərnişin avtobusu qar çovğununa düşüb

Sərnişin avtobusu qar çovğununa düşüb

Daşkəsən rayonunda içərisində 20 nəfər olan sərnişin avtobusu qar çovğununa düşüb. Sürücü dərlah "112" qaynar xidmətə zəng edərək Dəstəfür-Əhmədli yolunda köməksiz vəziyyətdə qalması barədə məlumat verib.

Fövqaladə Hallar Naziriliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, yanğınsöndürənlər avtobusu dərhal həmin ərazidən çıxarıblar.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə