Binə Ticarət Mərkəzində aksiya keçirilir

Binə Ticarət Mərkəzində aksiya keçirilir

Binə Ticarət Mərkəzində ticarətlə məşğul olan şəxslər ticarət mərkəzinin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz aksiya keçirirlər. SİA-nın verdiyi xəbərə görə, ticarətçilər bu gün mağazalarına açmayaraq verilmiş qərara etiraz olaraq Bakının mərkəzinə doğru yürüş etməyə cəhd göstəriblər. Buna görə də polis Binə Ticarət Mərkəzinə gedən magistral yolun Şıx qəsəbəsi ərazisindən keçən hissəsini nəzarətə götürüb. Onlar bu addımı təhlükəsizlik məqsədi ilə atdıqlarını bildiriblər. Hadisə yerinə əlavə polis qüvvələri cəlb olunub.

Aksiyaçılar ticarət mərkəzinin rəhbərliyi ilə danışıqlar aparır. Hadisə yerinə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova da hadisə yerinə gəlib

Ticarət mərkəzində çalışan mağaza sahiblərindən birinin verdiyi məlumata görə, polis aksiya iştirakçılarına dağılmaq barədə xəbərdarlıq edib. Lakin aksiyaçılar xəbərdarlığa qulaq asmayaraq polis əməkdaşlarına daş və müxtəlif əşyalar atmağa başlayıblar. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Aksiya iştirakçıları arasında saxlanılanlar var.

Bütün xəbərlər Facebook səhifəmizdə