Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 320 kv.m olan ikimərtəbəli (hər mərtəbəsi 160 kv.m olan) qapı-pəncərə sexinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları, içərisindəki taxta məmulatlar 140 kv.m sahədə yanıb, yüksək temperaturdan binanın dəmir konstruksiyalardan ibarət dam örtüyü deformasiyaya uğrayıb.
Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, birinci mərtəbə və bitişik sexlər yanğından mühafizə olunub. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB