Tibb işçiləri ona üzün və gözün 3-cü dərəcəli yanığı diaqnozunu qoyublar
Dünən gecə Rusiyanın paytaxtı Moskvada naməlum şəxs tanınmış incəsənət xadimi Sergey Filinin üzünə sulfat turşusu atıb. Paytaxt polisi artıq istintaqa başlayıb. Rusiyanın Xalq artisti xəstəxanaya çatdırılıb. Tibb işçiləri üzün və gözün 3-cü dərəcəli yanığı diaqnozunu qoyublar. Hkəimlər hesab edirlər ki, pasiyentin tam sağalması üçün azı yarım il lazımdı.
36 yaşlı Sergey Filinin yaxınları və əzizləri onun son bir neçə ayda telefonla təhdid olunduğunu deyib. Bundan əlavə naməlum şəxslər daim onun avtomobilinin təkərini deşirdilər, bu yaxınlarda isə Filinin sosial şəbəkədi səhifəsi dağıdılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB