Avtomobil kanala düşdü

Bu gün 1981-ci il təvəllüdlü Neyman Rasim oğlu Babayevin idarə etdiyi "VAZ" markalı minik avtomobili Şabran rayonu ərazisində Samur-Abşeron kanalına düşüb. SİA-nın verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Dövlət Sularda Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin xilasediciləri digər aidiyyəti qurumların iştirakı ilə xüsusi texnika vasitəsi ilə avtomobili sudan çıxarıblar. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə