Hacıqabul yenə qan gölünə döndü

Hacıqabul yenə qan gölünə döndü

Hacıqabul yenə qan gölünə döndü. Baş verən ağır avtomabil qəzasında 1 nəfər ölüb 2 nəfər xəsarət alıb. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, bu gün axşam saatlarında Bakı Qazax yolunun 139-cu kilometrliyində Hacıqabul rayonun Qarasu kəndi ərazisində Ağdaş sakini sürücü 1988-ci il təvəllüdlü Nəzirli Toğrul Məhəmməd oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı 10 SF 926 qeydiyyat nişan nömrəli avtomobillə qarşıdan gələn 90 BU 491 nömrə nişanlı "İsuzu" markali yük maşını toqquşub. Nəticədə "Mercedes"in sürücü Toğrul Nəzirli, sərnişin Sabirabad sakini 1957-ci il təvəllüdlü Abdullayev İnayət Allahverdi oğlu və digər maşının sürücüsü Göranboy rayon sakini 1963-cü il təvəllüdlü Nuriyev Rasim Rabil oğlu ağır bədən xəsarətləri ilə Şirvan mərkəzi xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq Rasim Nuriyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı BDYP-də araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə