Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu Novxanı qəsəbəsində "VAZ 21011" və "VAZ 21015" markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, "VAZ 21015" markalı avtomobilin sürücüsü xəsarət alıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 00:50-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB