Yevlaxda mənzillərə qənim kəsilən şəxs polis tərəfindən yaxalanıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Yevlax şəhər sakini Rahilə Yusifova mənzilinin tanımadığı şəxs tərəfindən soyulduğu barədə rayon polis şöbəsinə məlumat verib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törədən 35 yaşlı Yevlax şəhər sakini Mahmudov Teymur Abbas oğlu saxlanılıb.
Dindirmələr zamanı məlum olub ki, cinayətkar ev sahibəsinin evdə olmamasından istifadə edərək mənzilin qapısını sındırmaqla içəri daxil olub. Qadına məxsus 1000 AZN pul və 175 AZN dəyərində ev əşyalarını oğurlayıb. Mənzilin sahibəsi tərəfindən saxlanılsa da qaçmağı bacarıb.
Birinci əməlindən cərimə ilə qurtulan T.Mahmudov çox güman ki, bu dəfə həbsxana həyatından canını qurtara bilməyəcək.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB