Avtomobil 76 yaşlı qocanı ayaqyolunda vurdu

Avtomobil 76 yaşlı qocanı ayaqyolunda vurdu

Bu gün gecə saat 22:00 radələrində Şirvan şəhərində qeyri-adi yol-qəza hadisəsi baş verib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, hadisəni Şirvan sakini 1966-cı il təvəllüdlü sürücü Əsgərov Nazim Ağabala oğlu idarə etdiyi BMV markalı (qeydiyyat nömrəsi 90 XO 126) minik maşını ilə törədib. Belə ki, o Şirvan şəhərinin Kənd Evləri yaşayış massivi adlanan ərazisində A.Mustafayev küçəsində yüksək sürətlə hərəkət edən zaman idarəetməni itirərək əvvəlcə yolun kənarında yerləşən 50 metrlik uzunluqda qaz xəttini, işıq dirəyini və telefon xəttlərini vurub qıraraq çörək mağazasına çırpılıb, sonra isə həyətyanı evin hasarına dəyib. Hasarın uçub, bu vaxt həyətdəki ayaqyolunda olan ev sahibi, 76 yaşlı Rəcəbov Orucəli Ağagül oğlu uçan divarın altında qalıb. Qoca yaralı vəziyyətdə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücü Nazim Əsgərov isə yüngül dərəcəli xəsarət alıb.

Şirvan şəhər polis şöbəsinin DYP bölməsindən sürücünün sərxoş olması bildirilib.

Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə