Paytaxtda narkotik əməliyyatı həyata keçirilib
Bakıda narko-əməliyyat

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Binəqədi rayonu, S. Məmmədova küçəsində yaşayan İsa Dadaşovdan 1 kiloqramdan artıq marixuana aşkarlanıb. Əməliyat nəticəsində BŞBPİ-nin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları İ. Dadaşovu qandallayıblar.

Nəsimi Rayon Polis İdarəsinin narkotiklə mübarizə bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Ceyhun İmanovdan 200 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə