Minik avtomobilləri yanıb

Sumqayıt şəhərində vətəndaşa məxsus "Chevrolet Cruze" markalı minik avtomobilinin mühərrik hissəsi yanmış və yüksək temperaturdan yaxınlıqda dayanmış sahibi məlum olmayan "Hyundai" markalı minik avtomobilinin buferi əriyib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, avtomobillərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 03:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Qaradağ rayonunda vətəndaşa məxsus "Ford Transit" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 04:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə