Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Qazax yolunun 37-ci kilometrliyində "Mercedes" markalı minik avtomobili və "KAMAZ" markalı yük avtomobili toqquşmuşdur. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanmış, sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB