Polis qəzaya düşdü

Gəncədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, şəhərin Heydər Əliyev prospekti ilə Xanlar küçəsinin kəsişməsində Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə şəhər şöbəsinin 90 AL134 dövlət nömrə nişanlı post-patrul maşını, 20 CJ 354 dövlət nömrə nişanlı "Mersedes" markalı mikroavtobusla toqquşub.

Nəticədə 28 yaşlı Səxavət Nağı oğlu Nəsibov və 24 yaşlı Elşən Məcid oğlu Əsədov xəstəxanaya aparılıb. Digər nəqliyyat vasitəsinin sürücüsü isə qaza zamanı ərazidən qaçıb.

Bütün xəbərlər Facebook səhifəmizdə