Mikroavtobus yandı

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus "Gazel" markalı mikroavtobusun mühərriki və salonu yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bununla yanaşı, Masallı şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə