Bacı oğlu dayısının villasından oğurluq edib. Hadisə Bakıda Binəqədi rayonu novxanı qəsəbəsində baş verib. Vasif Bədəlov polisə bildirib ki evindən oğurluq olub. Hadisə yerinə baxış keçirən polis hadisənin üstünü tez bir zamanda açıb. Müəyyən olunub ki, dayının villasına öz bacısı oğlu Natiq Məmmədov qənim kəsilib.
Polis araşdırma zamanı onu da müəyyən edib ki, villası qarət olunan Vasif Bədəlov bir neçə ilidir ki, evini bacısı oğluna müvəqqəti qalmaq üçün veribmiş. O, da bundan istifadə edib bu hadisəni törədib.
Binəqədi polisi bundan başqa 8-ci mikrarayonda internet klubda Sulliddin Bəcizadənin mobil telefonunu oğurlayan Bəhrəm Mehrəliyevi də saxlayıb.
Hər iki fakta görə, Binəqədi polisində cinayət işi başlanılıb. Araşdırmalar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB